Azərbaycan millisi irəliləyir
11 Mart 2009 Çərşənbə 13:50
FİFA milli komandaların mart ayı üçün reytinq siyahısını açıqlayıb

 

Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) milli komandaların mart ayı üçün reytinq siyahısını açıqlayıb. Fevral ayı üzrə reytinq siyahısında 136-cı pillədə olan Azərbaycan millisi 2 pillə irəliləyərək 134-cü pilləyə yüksəlib. Milli komandamızın aktivində 217 xal var. Reytinq siyahısnın ilk sırasında yenə də İspaniya millisi yer alıb. Son Avropa çempionlarının aktivində 1666 xal var. Ötən ay açıqlanan reytinq siyahısında 10-cu pillədə olan Türkiyə millisi isə 1 pillə geriləyərək 11-ci mövqedə qərarlaşıb


FİFA-nın mart ayı açıqlamasına görə ilk 20 sıradakı komandalar bunlardır

1 Spain İspaniya 1666      
2 Germany Almaniya 1366      
3 Netherlands Hollandiya 1317      
4 Italy İtaliya 1284      
5 Brazil Braziliya 1260      
6 Argentina Argentina 1219      
7 Croatia Xorvatiya 1169      
8 Russia Rusiya 1128      
9 England İngiltərə 1083      
10 Portugal Portuqaliya 1025      
11 Turkey Türkiyə 1009      
12 France Fransa 1004      
13 Czech Republic Çexiya 998      
14 Ukraine Ukrayna 927      
15 Paraguay Paraquvay 908      
16 Cameroon Kamerun 900      
17 USA ABŞ 896      
18 Israel İsrail 888      
19 Greece Yunanıstan 863      
20 Romania Rumıniya 849      

Elvin Rəsul/ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar