Azərbaycan millisi bu gün Türkiyəylə qarşılaşacaq
11 May 2009 Bazar Ertəsi 10:20
Qadınlardan ibarət milli komandamız Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə ilk oyununu keçirəcək

 

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyə millisiylə qarşılaşacaq. AFFA-dan verilən məlumata görə, UEFA tərəfindən Gürcüstanda təşkil olunan beynəlxalq turnir çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tiflisin Mixail Mesxi adına stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi sloveniyalı Tanya Subotiç olacaq, ona həmyerilisi Petra Sever və gürcüstanlı Katuna Maysuradze köməklik göstərəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar