Azərbaycan kubokunun yarımfinalçıları
13 Mart 2009 Cümə 11:06
"Neftçi"ni mübarizədən kənarlaşdıran "Qarabağ" yarımfinalda digər paytaxt klubu "Bakı"yla qarşılaşacaq

Dünən axşam keçirilən "Neftçi"-"Qarabağ" qarşılaşması ilə futbol üzrə Azərbaycan kubokunda ¼ final mərhələsinə yekun vuruldu. İlk qarşılamda "Qarabağ"a 1-0 hesabı ilə məğlub olan "Neftçi", revanş matçında 0-0 heç-heçə oynamaqla Azərbaycan kuboku yarışlarına vida etdi.

Azərbaycan kubokunun 1/4 final matçlarında qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq
"Olimpik" – "Qəbələ" 0:1 (ilk matç 1-1)
"Simurq" – "İnter" 2:1 (0:2)
"Bakı" – "Xəzər-Lənkəran" 2:2 (1:0)
"Neftçi" – "Qarabağ" 0:0 (0:1)

Azərbaycan kubokunun yarımfinalında "Qarabağ" "Bakı"yla, "İnter" isə "Qəbələ" klubu ilə qarşılaşacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar