Azərbaycan iranlı karateçiləri ilə görüşəcək
02 Avqust 2009 Bazar 10:05
Karatenin WKF versiyası üzrə yoldaşlıq görüşü İranda baş tutacaq

 

Karatenin WKF versiyası üzrə Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq görüşü İranda keçiriləcək.

Avqustun 5-i və 6-da baş tutacaq turnirdə ölkəmizi baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi ilə 18 nəfər karate ustası təmsil edəcək.

AzərTAc-ın verdiyi məlumata görə, karate üzrə Azərbaycan Milli Federasiyasının prezidenti Yaşar Bəşirov da komandanın tərkibində İrana gedəcək. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar