Azərbaycan A Milli komandası Türkiyəyə yollandı
25 May 2009 Bazar Ertəsi 18:05
Komandamız iyunun 2-də Türkiyə millisi ilə oynayacağı matça hazırlığı Kayseridə keçirəcək

Futbol üzrə Azərbaycan A Mİlli komandası Türkiyəyə yollanıb. AFFA-dan verilən məlumata görə, İyunun 2-də Kayseri şəhərindəki «Kadir Has» stadionunda Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi bu gün Türkiyəyə yola düşüb. Milli komandamız oyun gününə kimi hazırlıqlarını Kayseridə davam etdirəcək. Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq və ANS TV vasitəsilə canlı yayımlanacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar