Azad Əzizov - Peşəkar boks üzrə ilk rəsmi kəmər qazanmış azərbaycanlı
14 İyun 2009 Bazar 11:05
Bu, Almaniyada İBF versiyası üzrə kəmər uğrunda keçirilmiş döyüşdə polşalı Slavomir Zimleviçi məğlub edərək ilkə imza atan Azad Əzizovdu

 

Həmyerlimiz Azad Əzizovun peşəkar boks üzrə ilk rəsmi kəmər qazanmış azərbaycanlı kimi tarixə düşüb. O, Almaniyada İBF versiyası üzrə kəmər uğrunda keçirilmiş döyüşdə polşalı Slavomir Zimleviçi məğlub edərək ilkə imza atıb.

Əzizov polşalı həmkarını nokaut edə bilməsə də zərbələrinin tutarlığı ilə hakimlərin rəğbətini qazanmış peşəkarımız xal hesabında Zimleviçi məğlub edərək İBF versiyası üzrə rəsmi Avropa kəmərinə sahib oldu.

Hər bir boksçu kimi idmana həvəskar kimi başlayan Azad 15 ilə yaxındır ki, boksla məşğul olur. Yeniyetmə vaxtlarında həvəskar boksçu kimi həm ölkədaxili, həm də Beynəlxalq yarışlarda bir çox uğurlar qazanıb. Daha sonra isə Azad bu uğurları peşəkar boksda davam etdirməyə qərar verib. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyevin Azadın inkişafında müstəsna xidmətləri olub. Əzizov peşəkar rinqdə ilk kəmərini qazanmaq üçün isə 2 il əziyyət çəkməli olub. 2007-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində Azad Əzizov 10 raundluq döyüşün yekununda İnterkontinental kəməri belinə bağlayıb. Bundan sonra isə qələbələr ard-arda boksçumuzun aktivinə yazılıb. İndiyədək peşəkar rinqdə 24 görüş keçirmiş Azad bunlardan 21-də qalib gəlib. 1 dueldə sülh bağlamış Əzizov qalan 2 döyüşdə məğlub olub. Azadın sonuncu məğlubiyyəti 2005-ci ildə İngiltərənin Mançester şəhərində qeydə alınıb. Sonuncu qazanılmış uğurun karyerasına qızıl hərflərlə yazıldığını xüsusilə qeyd edən Azad, bundan sonrakı işinin daha çətin olduğunu da unutmur.

Kəmərin qorunması uğrunda Azadın növbəti döyüşü isə oktyabrın 3-də Bakıda baş tuta bilər. Bunun üçün ölkəmiz və boksçunun meneceri Yaşar Niftəliyev Beynəlxalq Boks Federasiyası ilə danışıqlara başlayıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar