“Ayak”sın yetirməsi “Neftçı”də baxışdadır
13 İyul 2009 Bazar Ertəsi 11:10
Angelodan başqa “Neftçi” Leonard Naydin, Taavi Rahn və Pavel Xarçiki də baxışdan keçirir

 

Fubol üzrə Azərbaycan Premyer Ligasında çıxış edən “Neftçi” komandası hazırlıqlarını Türkiyənin İzmit şəhərində davam etdirir. Klubun rəsmi internet saytında verilən məlumata əsasən, “Flaqmaq” heyətə yeni futbolçu dəvət edib. Əslən Holland Antiquasından olan Angelo Marta, həm də Karib Hövzəsi dövlətinin yığma komandasının şərəfini qoruyur. Amsterdamın “Ayaks” klubunun yetirməsi olan müdafiəçinin son klubu Hollandiya “Eradiviziya”sında mübarizə aparan “Villem-2” kollektivi olub.

Qeyd edək ki, Angelodan başqa “Neftçi” Leonard Naydin, Taavi Rahn və Pavel Xarçiki də baxışdan keçirir. Baş məşqçi Böyükağa Ağayev onlar haqda qərar verməyə tələsmir.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar