Atletlərimiz 2 gümüş medal qazanıb
17 İyun 2009 Çərşənbə 09:05
Ruslan Abbasov 100 metr məsafəyə, Hayle İbrahimov isə 3000 metr məsafəyə qaçmaqda 2-ci olub

 

Atletlərimiz Türkiyənin İstanbul şəhərində keçirilmiş atletika üzrə beynəlxalq turnirdə 2 gümüş medal qazanıblar. Sprinterimiz Ruslan Abbasov 100 metr məsafəyə qaçmaqda 2-ci olub. Abbasov bu məsafəni 10,64 saniyəyə qət edərək, gümüş medalı boynundan asıb. Efiopiya əsilli milliləşmiş atletimiz Hayle İbrahimov da turnirdə Ruslanın uğurunu təkrarlayıb. Amma, Hayle 3000 metr məsafəyə qaçmaqda gümüş medal qazanıb. İbrahimov 3 km məsafəni 7 dəqiqə 51 saniyəyə qaçıb.

Xatırladaq ki, İstanbul şəhərində bir qədər əvvəl keçirilmiş beynəlxalq turnirdə digər atletimiz Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçmaqda rekord nəticə ilə qızıl medal qazanmışdı./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar