Anna Qurbanova Aliyə Qarayevanı üstələyib
09 Sentyabr 2009 Çərşənbə 10:50
Bədii gimnastımız iplə hərəkətlərdə 5-ci olub. Anna Qurbanova Aliyə Qarayevanı üstələyib.
Yaponiyanın Mie şəhərində bədii gimnastika üzrə Dünya çempionatında ip və halqa ilə hərəkətlərin final yarışları keçirilib.

Bədii Gimnastika Federasiyasından ANSPRESS-ə verilən məlumata görə, iplə hərəkətlərdə 26,250 xal toplamış Anna Qurbanova 5-ci, Aliyə Qarayeva isə 26,100 xalla 7-ci yerə sahib çıxıb.

Halqa ilə hərəkətlərdə Aliyə Qarayeva 26,875 xalla 5-ci, Anna Qurbanova isə 26,450 xalla 8-ci olub.

Hər iki finalda ilk iki yeri Rusiya nümayəndələri Yevgeniya Kanayeva və Darya Kondakova tutub.

Halqa ilə hərəkətlərdə 3-cü yerə Belarus gimnastı Melitina Stanyuta, iplə hərəkətlərdə ukraynalı Anna Bessonova çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar