Ambrozini “Milan”dan getməyəcək
09 Sentyabr 2009 Çərşənbə 12:45
Futbolçu Ambrozini klubla müqaviləsini artırıb.
İtaliyanın “Milan” futbol klubunun kapitanı 32 yaşlı Massimo Ambrozini komanda ilə müqaviləsini artırıb. Klubla müqaviləsi bu ilin sonunda bitəcək M.Ambrozini daha bir illik sözləşməyə imza atıb.

Ambrozini “Milan”ın heyətində 3 dəfə İtaliya çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

2009-cu ilin may ayında klubun əfsanəvi futbolçusu Paolo Maldini karyerasını bitirdikdən sonra kapitan sarğısı Ambroziniyə verilmişdi. Qeyd edək ki, Ambrozini Çempionlar Liqasında gələn çərşənbə axşamı Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşmaya çıxacaq.

Xatırladaq ki, “Milan” Çempionlar Liqasında D qrupunda Yunanıstanın “Olimpiakos”, İsveçrənin “Sürix” və Madridin “Real” klubları ilə mübarizə aparacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar