Almaniyada atletika üzrə Dünya çempionatı keçiriləcək
08 Avqust 2009 Şənbə 09:55
Azərbaycanın idman şərəfini yarışda 200 metr məsafədə Ramil Quliyev qoruyacaq

 

Almaniyanın Berlin şəhərində atletika idman növü üzrə Dünya çempionatı keçiriləcək. Yarış avqust ayının 11-24 aralığında baş tutacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, çempionatda Azərbaycanda iştirak edəcək. Ölkənin idman şərəfini Almaniyada Avropa çempionumuz Ramil Quliyev qoruyacaq. O, 200.m məsafədə 1-ci olmağa çalışacaq.
İdmançını bu yarışda məşqçi Məhərrəm Sultanzadə müşayət edəcək.

Qeyd edək ki, 10-24 avqust tarixlərində adı çəkilən ölkədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının konqresi də keçiriləcək. Bu konqresdə Atletika Federasiyasının 1-ci vitse prezidenti Mehdi Nağıyev iştirak edəcək./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar