Aliyə Qarayeva Dünya 2-sidir
10 Sentyabr 2009 Cümə Axşamı 16:10
Təmsilçimiz yalnız rusiyalı gimnastdan geri qalıb
Yaponiyanın Mia şəhərində keçirilən bədii gimnastika üzrə Dünya çempionatında topla hərəkətlərdə mükafatçılar məlum olub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Aliyə Qarayeva topla hərəkətlərdə hakimlərdən 27,325 xal alaraq gümüş medal qazanıb. Təmsilçimiz yalnız Rusiya nümayəndəsi Yevgeniya Kanayevadan geri qalıb. Komanda yarışlarında isə Azərbaycan bürünc medala sahib olub. Komandamız yalnız Rusiya və Belarus gimnastlarından geri qalıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar