AFFA Mərdəkanda stadion tikdirir
06 May 2009 Çərşənbə 13:05
5500 nəfər tamaşaçı tutumuna malik olacaq stadionun layihəsi də hazırdır

Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində AFFA tərəfindən müasir standartlara cavab verən stadion inşa olunacaq. AFFA-dan verilən məlumata görə, 5500 nəfər tamaşaçı tutumuna malik olacaq stadionun layihəsi hazırdır.  

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, AFFA-nın balansına verilən “Dalğa” İstirahət Mərkəzinin yaxınlığında Milli komanda üçün baza tikiləcəyini, bazada 5500 azarkeş tutumuna malik stadion da inşa olunacağını bildirmişdi. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar