3 futbolçu Karvan klubundan ayrılıb
18 Aprel 2009 Şənbə 14:20
Komandanı tərk edənlər arasında kapitan Kamal Quliyevdə var

Son dövrlər uğursuz çıxış edən Yevlaxın "Karvan" klubu futbolçularını itirməkdə davam edir. PFL-nin xəbərinə görə, daha 3 futbolçu "Karvan"dan ayrılıb. Bunlar komandanın kapitanı Kamal Quliyev, qapıçı Vitali Kovalyov və müdafiəçi Ruslan Qafutillindir. Bununlada uğursuzluq zolağından çıxa bilməyən kulubdan ayrılan futbolçuların sayı 7-ə çatıb.
Qeyd edək ki, "Karvan" Premyer Liqanın I dövrəsində iddialı komandalardan olsa da, qış fasiləsindən sonra keçirdiyi 8 oyunda cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar