2016-cı il Yay Olimpiya oyunları Rio-de-Janeyroda keçiriləcək
02 Oktyabr 2009 Cümə 23:05
2016-cı il Yay Olimpiya oyunları Rio-de-Janeyroda keçiriləcək. BOK prezidenti səsvermənin nəticələrini açıqlayıb.
2016-cı il Yay Olimpiya oyunlarının paytaxtı Rio-de-Janeyro olub. Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe komitənin 121-ci sessiyası zamanı keçirilən səsvermənin nəticələrini bəyan edərkən deyib.

Səsvermə ərəfəsində Braziliya prezidenti Luis İnasiu Lula da Silva Olimpiya oyunlarının Cənubi Amerikada keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini Rio-de-Janeyroya səs verməyə çağırıb.

Xatırladaq ki, sessiyada Rio-de-Janeyronu Braziliya prezidenti Luis İnasio Lulu da Silva, Tokionu Yaponiyanın baş naziri Yukio Xatayamo, Çikaqonu ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama, Madridi isə İspaniya kralı Xuan Karlos və İspaniya hökumətinin başçısı Xose Luis Rodriges Zapatero təmsil edib.ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar