Ziya Məmmədov: Müfəttişlərin maşınların nömrəsini açmağa ixtiyarı yoxdur
15 Oktyabr 2011 Şənbə 10:17
Ziya Məmmədov: Onlar yalnız sənədləri yoxlaya bilərlər.
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları aradan qaldırılıb.
Bu barədə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə müsahibəsində deyib. Nazir belə halların əvvəllər olduğunu, lakin indi tamamilə aradan qaldırıldığını vurğulayıb. Müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər.
Z.Məmmədov bu məsələdə qanunsuz fəaliyyətlə məşğul olanların günahkar olduğunu və belə hallarla hüquqi çərçivədə mübarizə aparılacağını bildirmişdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: