Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. ANS PRESS-in “AzərTAc”-a istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Zəlzələ bölgəsinə ilkin olaraq 20 milyon manat ayrılıb
Prezidentin tapşırığına əsasən müvafiq vəsait dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ayrılıb.




Şərhlər