“Yumurta Döyüşü”
20 Mart 2012 Çərşənbə Axşamı 17:47
“Başak-İnam Sığorta Şirkəti” virtual kampaniyasına start verib.
“Başak-İnam Sığorta Şirkəti” virtual olaraq Novruz Bayramının ən maraqlı oyunlarından olan “Yumurta Döyüşü” oyununu başladıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məqsəd milli adət-ənənələrimizin virtual aləmdə tətbiqini reallaşdırmaq, insanlara xoş təəssurat yaşatmaq, həm də bu yol ilə istifadəçiləri təbrik etməkdir. Oyunda iştirak etmək üçün mənbə: https://www.facebook.com/basakinam/app_10467688569

Oyunda qalib gələnlər təbi ki, əli boş qalmayacaqlar. Onları “Başak-İnam Sığorta Şirkəti”ndən cəlbedici hədiyyələr gözləyir. Hədiyyələr 3 yer arasında bölüşdürüləcək və qaliblər yerlərinə uyqun olaraq hədiyyə seçimi edə biləcəklər.

1- ci yerin hədiyyələri: “Nokia Lumia 710” və ya “HP Mini 110-3864er”
2- ci yerin hədiyyələri: “Fujifilm JV200” və ya “EPSON SX-235W”
3- cü yerin hədiyyələri: “Samsung C3322 Duos” və ya “CREATIVE ZEN Mozaic EZ300”

Şirkət oyunda iştirak edənlərə uğurlar arzulayır. İdeyanın həyata keçirilməsində sığorta şirkətinin tərəfdaşı “Max Creative Studio”dur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar