Yollarda termal kameralar quraşdırılacaq
12 Yanvar 2012 Cümə Axşamı 21:23
Kameralar vasitəsi ilə yolda baş verənlər barədə məlumatlar dərhal müvafiq qurumlara göndəriləcək.
Paytaxt Bakını Sumqayıtla və Ələt qəsəbəsi ilə birləşdirən avtomobil yolu üzərində kamera nəzarəti təşkil olunacaq. Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəqliyyatın hərəkətinin sıx olduğu bu ərazilərdə baş verən hadisələrə anında reaksiya vermək, paytaxta giriş və çıxışda hərəkəti tənzimləmək məqsədi ilə yaxın iki il ərzində bu yollara kameraların qurulması həyata keçiriləcək.

Yollara nəzarəti təşkil etmək üçün hər cür hava şəraitində müşahidə imkanları verən termal kameraların alınması nəzərdə tutulur. Bu kameraların informasiyaları eyni anda Nəqliyyatın Hərəkətinin İntellektual İdarə Edilməsi Mərkəzinə ötürüləcək. Kameralar vasitəsi ilə yolda baş verənlər barədə məlumatlar dərhal müvafiq qurumlara göndəriləcək.

Kameraların işləmə sistemləri də maraqlı olacaq. Məlumatlara görə adıçəkilən magistrallarda qurulan kameralar eyni zamanda günəş enerjisi ilə də çalışa biləcək ki, bu da enerji xərclərini minimuma endirəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar