Yollar yenidən buz bağlayacaq
19 Fevral 2012 Bazar 11:11
Artıq Bakıda qar yağmağa başlayıb.
Bu gün Bakıda yenidən qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 21-dək hava şəraitinin Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.

Bu gün və fevarlın 20-də şimal küləyi 18-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Fevralın 19-dan 20-ə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar