Yol Polisi işçi axtarır
19 Sentyabr 2011 Bazar Ertəsi 19:03
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vakant yerlərə işçi qəbulu elan edir
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vakant yerlərə işçi qəbulu elan edir. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yol-patrul xidməti inspektoru, sıravi və kiçik rəis heyəti vəzifələrinə elan olunmuş müsabiqədə orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsindəki müvafiq biliyə malik olan Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

Daxili işlər orqanlarında yol-patrul xidməti inspektoru olmaq istəyənlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə idarəsinə müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar