Azərbaycanın ilk beynəlxalq televiziya kanalı “ATV İnternational” (ATV İNT) sentyabr ayında fəaliyyətə başlayacaq.
O, televiziya üçün texniki avadanlıqların ABŞ və Almaniyadan gətiriləcəyini, artıq müvafiq müqavilələrin bağlandığını açıqlayıb. H. Abdullayev ATV-nin yerləşdiyi binanın həyətində beynəlxalq telekanal üçün ofisin tikintisinə başlandığını, “ATV İNT”in 4-5 dildə yayımlanacağını deyib: “Televiziyanın rus və ingilis dillərində yayımlanacağı artıq dəqiqdir. Digər dillər isə hələ dəqiqləşməyib”. Xarici dilləri bilən televiziya kadrlarının azlığına gəlincə, ATV-nin vitse-prezidenti hesab edir ki, şirkət beynəlxalq telekanalda çalışmağa qadir olan mütəxəssis sarıdan korluq çəkməyəcək: “Bakı Slavyan Universitetində müxtəlif dillər üzrə çox yaxşı mütəxəssislər var. Biz onların potensialından istifadə edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV Teleradio Yayım Şirkətinin peyk vasitəsilə yayımlanacaq “ATV İnternational” (ATV İNT) adlı telekanal qurulmasına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə martın 5-də müsbət cavab verib. Lisenziya 6 illikdir.
APA