Aktyor Yaşar Nuri bir neçə günlük müalicədən sonra bu gün yataqdan qalxaraq oturub. Bu barədə APA-ya aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Bu gün Y.Nuri ilə görüşdüyünü deyən R.Nuriyeva onun hələlik danışmadığını qeyd edib.
“Xeyli müddətdən sonra bu gün məni Yaşarın yanına buraxdılar. Gözlərini açıb mənə baxırdı. Amma danışmağına hələlik icazə verilmir, çünki bu, səhhətinə pis təsir edə bilər. Rahatdır, onu yaxşı gördüm. İnşallah, səsini də eşidərəm”, - deyə Yaşar Nurinin həyat yoldaşı bildirib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri bir müddətdir, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur. Aktyorun ağ ciyərində problemlər yaranıb.
Yaşar Nurinin səhhətində irəliləyiş var
Rəhimə Nuriyeva: "Rahatdır, onu yaxşı gördüm, İnşallah, səsini də eşidərəm".




Şərhlər