Yanvarın 1-dən pensiya yaşı dəyişir
16 Dekabr 2011 Cümə 15:31
Bu barədə DSMF-nin sədri Səlim Müslümov bildirib.
2012-ci ilin 1 yanvarından qadınların pensiya yaşı 58,5, kişilərinkinin isə 63 yaş olacaq. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP-ın rəsmi saytına müsahibəsində bildirib.

İl ərzində sistemə yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə sistemi 45,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır.

"Qeyd etdiyimiz parametrlər nəzərə alınmaqla DSMF-nin növbəti ilə pensiya xərcləri 2322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 mln. manat çoxdur. 2012-ci ildə digər xərclər 60,6 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 13,1 faiz və ya 7,0 mln. manat çoxdur", deyə S. Müslümov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar