Xızı rayonunda istifadəyə yararlı 14 top mərmisi aşkarlanıb
14 Aprel 2012 Şənbə 14:37
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.
Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlanıb. ANS PRESS-in FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri, həmçinin, xüsusi təlim keçmiş itləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən, təxminən, 2 hektar ərazidə aşkarlanmış sursatın istifadəyə yararlı olan 14 ədəd 122 millimetr kalibrli top mərmisi və adıçəkilən top mərmisinin 90 ədəd partladıcısı olduğu müəyyən olunmuşdur.

Qeyd olunan əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar