Aprelin 17-nə keçən gecə Xəzər dənizinin Qazaxıstan hissəsində iki Azərbaycan gəmisi saxlanılıb.
APA-nın “Kazaxstan Seqodnya” agentliyinə istinadən verdiyi xəbərə görə, “Dalğa” və “Sapsa” adlı balıqçı gəmiləri Qazaxıstan sərhədçiləri tərəfindən bu ölkənin Bautino limanına aparılıb. Gəmilərdə 15 Azərbaycan vətəndaşı olub. Gəmilərin birində 500 kq kilkə aşkarlanıb.
APA