Xətaidəki sürüşmə ilə əlaqədar hökumət müşavirəsi keçirilib
04 Mart 2012 Bazar 15:15
Müşavirəyə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakı şəhər İH başçısı Hacıbala Abutalıbov qatılıb.
Xətai rayonu General Şixlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə təhlükəsilə bağlı bu gün ərazidə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun iştirakı ilə müşavirə keçirilib.

Müşavirədən sonra təhlükəli ərazidə olan binalardakı əsasən əlil və qocalardan ibarət olan 30-a yaxın ailə mehmanxanaya köçürülüb. Digər ailələrin isə köçürülüb-köçürülməyəcəyi sabah sürüşmənin səbəblərini öyrənən geoloji komissiyanın verəcəyi açıqladamadan sonra müəyyənləşəcək.

Sakinlər bu gündə sürüşmənin qeydə alındığını bildirsələr də, Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov ANS-ə müsahibəsində deyib ki, hazırda ərazidə vəziyyət sabitdir və sürüşmə qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar