Ölkə

Xətai rayonunda su verilişində fasilələr olacaq

Magistral kəmərlərin yenilənməsi işləri aparılır.

· Xəbərçi
Xətai rayonunda su verilişində fasilələr olacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. "Azərsu” ASC-nin mətbuat xidməti və
ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, həyata keçirilən layihələrə uyğun olaraq Bakının Xətai rayonu ərazisində magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar 2-3 dekabr tarixlərində Xətai rayonunun bir hissəsinə - Gəncə prospekti, X. Məmmədov, S.Ə.Şirvani, Vunqtau, Məhəmməd Hadi küçələrinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər