Xalq yazıçısı Sabir Əhmədli vəfat edib
17 Aprel 2009 Cümə 17:25
Yazıçının dəfn ediləcəyi yer hələlik dəqiqləşməyib

Bu gün Azərbaycanın Xalq yazıçısı, əməkdar incəsənət xadimi, nasir, publisist Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. Ömrünün son günlərinə qədər Sabir Əhmədli bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkirmiş. S.Əhmədli sabah torpağa tapşırılacaq. Yazıçının dəfn ediləcəyi yer hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Sabir Məmməd oğlu Əhmədli «Ədəbiyyat və İncəsənət» qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, baş redaktor işləyib. 1955-ci ildən Yazıçılıar Birliyinin üzvü olan yazıçı «Toğana», «Yasamal gölündə qayıqlar», «Gedənlərin qayıtmağı», «Dünyanın arşını», «Kütlə», «Axirət sevdası», «Şəhid ruhu» və s. kitabların müəllifləridir. Yazıçı sağlığında «Əmək şöhrətinə görə» medalı ilə də təltif edilib. Allah rəhmət eləsin!/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar