“WikiLeaks” ANS-in bağlanmasından yazıb
08 Sentyabr 2011 Cümə Axşamı 12:36
Elmar Məmmədyarov hadisəni belə qiymətləndiribmiş: "Baş verənlərin hamısı məmur axmaqlığının nəticəsidir”
“WikiLeaks” saytının açıqladığı növbəti materiallar arasında ABŞ-ın Bakıdakı keçmiş səfiri Enn Dörsinin 2006-cı iln noyabrında ANS telekanalının bağlanması barədə məxfi diplomatik teleqramları da var. Səfir noyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevlə bu barədə danışdığını yazıb. O zaman məlum olub ki, Milli Televiziya və Radio Şurası noyabrın 25-də ANS telekanalının bağlanması barədə qərar qəbul edib.
Görüşdən üç gün sonra Dörsi yeni teleqram göndərərək ANS-in bağlanması və aparıcı KİV-in ("Azadlıq", "Turan") öz ofislərindən çıxarılması ilə bağlı Azərbaycan ictimaiyyətinin şoka düşdüyünü bildirib.
Noyabrın 27-də Enn Dörsi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb və bildirib ki, problem həllini tapmasa, gələcək ikitərəfli münasibətlər sual altına düşə bilər. Nazir Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digərlərinə zəng vuraraq vəziyyəti müzakirə etməyə razılaşıb. Lakin məyus görünən Məmmədyarov söhbəti bu fraza ilə bitirib: "Baş verənlərin hamısı məmur axmaqlığının nəticəsidir”.
Sonrakı günlər E.Dörsi Vaşinqtona bu mövzuda daha bir neçə teleqram göndərib. Sonuncu məktub 11 dekabr tarixində göndərilib. Sənəddə telekanalın fəaliyyətinin bərpa olunduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: