Ölkə

Vətəndaşlar Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər

Azərbaycanda və dünyanın bir çox ölkəsində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.

· Xəbərçi
Vətəndaşlar Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər
APA-nın məlumatına görə, bu gün səhər saatlarından H. Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət başlayıb. Sadə vətəndaşlar ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana kütləvi axın edir, məzarı üzərinə gül-çiçək dəstələri düzür, ona ehtiramlarını bildirirlər.

Ziyarət axşam saatlarına qədər davam edəcək.

Qeyd edək ki, H. Əliyev 1923-cü il mayın 10-da anadan olub.
 
APA

Şərhlər