Urvada torpaq sürüşməsi davam edir
21 Mart 2009 Şənbə 17:54
500 metr uzunluğunda olan sürüşmə 2 hektar ərazini əhatə edib

Qusarın Urva kəndi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində iki evin divarlari uçub, 7 yaşayış evində təhlükəli çatlar əmələ gəlib, üç kənd sakininin həyətyanı sahələrindəki yardımçı binalara zərər dəyib. Hadisə nəticəsində insan tələfatı olmayıb. Urva İnzibati Ərazi Vahidliyi nümayəndəsi Suləddin İsgəndərovun sozlərinə görə, sakinlərə hər cür yardımın göstərilməsi gündəmdədir, hətta sakinlərin həmin ərazidən köçürülməsi də istisna deyıl.
Qusar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Əlif Məmmədov torpaq sürüşməsinin hələ də davam etdiyini bildirir. Qeyd edək ki, 500 metr uzunluğunda olan sürüşmə 2 hektar ərazini əhatə edib. Verilən məlumata görə, sürüşməyə əraziyə yağmış qarın əriməsi səbəb olub. 



DOSTLARINLA PAYLAŞ:

oyunlar