Ümumxalq səsverməsi başlayıb
18 Mart 2009 Çərşənbə 08:30
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçiciləri fəal olmağa çağırıb

«İctimaiyyətə referendum aktını və onun müqayisəli mətni artıq kifayət qədər yayılıb və seçicilər onunla yaxından tanış olublar». Bunu bu günkü referendum ilə bağlı keçirlilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.  O bir daha qeyd edib ki, seçicilər 29 bənd üzrə səs verəcəklər. MSK sədrinin sözlərinə görə, hər bir hissə üzrə səsvermənin nəticələri ayrı-ayrılıqda toplanacaq. «Hər bir hissə üzrə sizə seçim etmək imkanı yaradılıb. Əgər referenduma çıxarılan hər hansı hissə ilə razısınızsa, həmin hissənin qarşısında lehinə yazılmış damada işarə qoymalısınız. Razı deyilsinizsə əksinə. Artıq Azərbaycan ictimaiyyəti seçki bületeni ilə kifayət qədər tanışdır. Siz öz seçiminizi etmisiz». Onun sözlərinə görə, səsvermənin gedişi, yekunlarının rəsmiləşdirilib Dairə Seçki Komissiyalarına, sonra isə MSK-ya çatdırılması məsələləri MSK-nın Seçilərlərin İnformasiya Mərkəzindən ictiamiyyətə çatdırılacaq.
Məzahir Pənahov seçiciləri fəal olmağa və referendumda iştirak etməyə çağırıb.
Qeyd edək ki, səsvermə məntəqələri açılıb. Səsvermə axşam saat 19:00-da başa çatacaq./ANS PRESS/  



DOSTLARINLA PAYLAŞ:

oyunlar