«Ukrayna Azərbaycandan qaz almaq niyyətindədir»
08 Sentyabr 2011 Cümə Axşamı 17:38
Ukrayna Azərbaycanda hasil olunan təbii qazın alınmasında maraqlıdır.


APA-nın «Kommersant» qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın enerji naziri Yuriy Boyko bəyan edib: «Ukrayna Azərbaycandan qaz idxal etmək niyyətindədir».

Keçirdiyi mətbuat konfransında ölkəsinin enerji siyasətinə toxunan Ukraynalı nazir bildirib ki, 2015-ci ildən başlayaraq ölkə Rusiyadan alınan təbii qazın həcmini azaltmağı planlaşdırır. Buna əsasən iki yolla nail olmaq planlaşdırılır - xaricdən idxal edilən təbii qaz mənbələrini yenidən nəzərdən keçirməklə, habelə daxili istehsalı artırmaqla.

«Bu tədbirlər bizə Rusiyadan aldığımız 40 mlrd. kubmetr qazın 12,5 mlrd. kubmetrini sonradan Azərbaycandan almağa şərait yaradacaq», - deyə Y.Boyko bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar