Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Ukrayna Ali Radasının sədri ölkənin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ukrayna Ali Radasının sədri Şəhidlər xiyabanında olub
Vladimir Litvin Heydər Əliyev və Zərifə Əliyevanın da xatirəsini yad edib




Şərhlər