Nəqliyyat Nazirliyi paytaxtda tikiləcək avtomobil dayanacaqları ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdir. Nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib ki, təkliflərdə üç il də Bakıda 160-a yaxın avtomobil dayanacağı tikilməsi üçün yerlər müəyyənləşdirilib. Təkliflər müvafiq dövlət strukturları ilə razılaşdırılmaq üçün Nazirlər Kabinetinə göndərilib.
Təkliflərə əsasən, Bakının mərkəzi hissələrində yeraltı, ətraf ərazilərdə yeraltı və yerüstü, daha uzaq ərazilərdə isə yerüstü avtomobil dayanacaqlarının inşası tövsiyə olunur.
Üç il də Bakıda 160-a yaxın avtomobil dayanacağının tikiləcək
Bakının mərkəzində yeraltı, ətraf ərazilərdə yeraltı və yerüstü avtomobil dayanacaqları inşa ediləcək




Şərhlər