Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, ABU-nun birinci prorektoru Hüseyn Əhmədov və ABU-nun müəllimi Eldəniz Abdullayevin “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə və jurnalist Zümrüd Məmmədovaya qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə A. Mərzilinin 1 il həbs cəzasına, ittiham tərəfinin fəaliyyəti ilə bağlı adıçəkilən qəzetdə gedən yazının müəllifi Zümrüd Məmmədovanın isə 1 il islah işlərinə cəlb olunması barədə cəzaya məhkum edilməsi haqda qərar çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev, ABU-nun birinci prorektoru Hüseyn Əhmədov və ABU-nun müəllimi Eldəniz Abdullayev qəzetdə dərc olunan bəzi məqalələrdə ABU-nun rektoru və təhsil müəssisəsi haqqında həqiqətə uyğun olmayan yazıların getdiyini əsas gətirirlər.
Asif Mərzili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasına aparılıb. Bu barədə Lent.az-a baş redaktorun həyat yoldaşı Yasəmən Məmmədova bildirib. Onun sözlərinə görə, baş redaktor məhkəmə zalında həbs olunub. “Biz onun yanına gedərək lazımi əşyalarını gətirmişik”.
Təzadların baş redaktoru həbs olunub
Asif Mərzili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasına aparılıb




Şərhlər