ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunlar 120 və 60 mm-lik minaatan mərmisidir. Sursatı tapılmasına ANAMA-nın kənd məktəbində apardığı təbliğat kömək edib. Belə ki, qurum əməkdaşları dərs vəsaiti kimi şagirdlərə silah-sursatların şəkillərini göstəriblər. Bu zaman uşaqlardan biri bu sursatlardan onların həyətində olduğunu bildirib. ANAMA əməkdaşları mərmi olan ərazini işarələsələrdə, hələlik partlamamış sursat götürülməyib. Sursat həyətdən aparılandan sonra ANAMA-nın anbarında partladılacaq./ANS PRESS/