Təbriz Bakı Təbriz aviareysi açılır
12 Yanvar 2012 Cümə Axşamı 21:32
Təbriz Bakı Təbriz marşrutu üzrə birinci reys yanvarın 14-də həyata keçiriləcək.
Təbriz-Bakı-Təbriz marşrutu üzrə sərnişin təyyarəsinin birinci reysi yanvarın 14-də həyata keçiriləcək. Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan verilən məlumata görə, İranın “Kiş Air” aviaşirkəti həftənin çərşənbə axşamı və çərşənbə günləri uçuşları “Boinq - MD” markalı təyyarələrlə təşkil edəcək.
İki tərəfə biletlərin qiyməti təxminən 130-140 manat arasında müəyyən olunub.
Xatırladaq ki, ötən ilin payızından başlayaraq Təbriz-Bakı-Təbriz istiqamətində sərnişin təyyarələrinin çarter uçuşları həyata keçirilib.
DOSTLARINLA PAYLAŞ: