Taxtakörpü su anbarında işlər əvvəlki miqyasda bərpa edilib
09 May 2009 Şənbə 20:15
Tikintini həyata keçirən «Azərkörpü» SC-nin sahə rəisi Vasif Qasımov ANS-ə bildirib ki, bir müddət əvvəl maliyyə probleminə görə anbarın inşasında işlər azalsa da, indi problem aradan qaldırılıb. İndi işçilər tam heyətlə işləyirlər

 

«Taxtakörpü su anbarında işlər əvvəlki miqyasda bərpa edilib». Tikintini həyata keçirən «Azərkörpü» SC-nin sahə rəisi Vasif Qasımov ANS-ə bildirib ki, bir müddət əvvəl maliyyə probleminə görə anbarın inşasında işlər azalsa da, indi problem aradan qaldırılıb. İndi işçilər tam heyətlə işləyirlər

Respublika əhəmiyyətli «Taxtakörpü» su anbarında keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il 7 milyon kubmetr tökmə, 10 milyon kubmetr qazma işləri görülüb. V.Qasımov eqyd edib ki, tikinti işləri qrafikə əsasən aparılır.

Aldığımız məlumata görə, bir müddət əvvəl maliyyə probleminə görə anbarın inşasında iş qismən dayanıb, işçilərin bir qismi öz hesabına məzuniyyətə buraxılıb. Tikintinin rəhbəri, «Azərkörpü»nün sədr müavini Yusif Papaqçı faktı qismən təsdiqləyərək bildirib ki, indi işçilər tam heyətlə işləyirlər. V.Qasımov isə qeyd edib ki, bu il tikintiyə 40 milyon manat pul ayrılıb: «İndi tikintiyə 500 yaxın texnika cəlb edilib. İki növbəli iş rejimində minə yaxın işçi çalışır». Xatırladaq ki, təməlqoyma mərasiminə 2007-ci ilin noyabrında prezidentin iştirak etdiyi anbarın ümumi smeta dəyəri 386 milyon manatdır. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar