Sürücülərə xəbərdarlıq
06 Mart 2012 Çərşənbə Axşamı 11:28
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyət qoyulacaq.
Gürcüstan prezidenti Miaxil Saakaşvilinin Azərbaycana səfəri ilə əlaqədar bu gün Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyət yaranacaq. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə bu gün 15.00-dan sabah tədbir başa çatanadək fasilələrlə Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, 20-ci zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi və Fəxri Xiyaban, Şəhidlər Xiyabanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

V. Əsədov sürücüləri adıçəkilən yollardan mümkün qədər az istifadə etməyə, paytaxt sakinlərini mümkün qədər ictimai nəqliyyata üstünlük verməyə çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar