Sürücülərə şad xəbər
12 Aprel 2012 Cümə Axşamı 12:28
Bakıda yeni 4 zolaqlı yol çəkilir
Bakıda yeni dördzolaqlı yol çəkilir. “Azəryolservis” ASC- nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı dövlət proqramı əlaqədar Zığ-Hava limanı yolunun (beton yol) 13-cü kilometrliyindən Qala stansiyası istiqamətində yeni dördzolaqlı yol salınır. Bakının bir neçə qəsəbəsinin mərkəzlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması məqsədi ilə çəkilən yeni 12,5 kilometrlik yol bu istiqamətdə yaranan tıxacların qarşısını alacaq. Yolun bu ilin sonu, gələn ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulub.

Bu yol bir sıra qəsəbələrin mərkəzlə əlaqəsinin asanlaşdıracaq, sürücülərə aeroport şossesinə daxil olmadan şəhərə doğru rahat hərəkət etmələrini təmin edəcək. Bundaən əlavə paytaxtın bəzi yolları da əsaslı təmir edilir.

“Zığ-Hövsan, Hövsan-Türkan, Xocasən-Zığ, Rəsulzadə-Binəqədi-Novxanı, Binəqədi-Biləcəri, Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyi (Ekologiya postu), Sabunçu qovşağı-Zabrat dairəsi, Mərdəkan qəsəbəsinə yol əsaslı təmir edilir”, - deyə Pünhan Mürsəliyev vurğuladı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar