Sumqayıtın 60 illiyi
07 Aprel 2009 Çərşənbə Axşamı 13:05
Konfrans «Sumqayıt 60 il: sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər» mövzusunda olacaq

Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlaqədar olaraq «Sumqayıt 60 il: sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər» mövzusunda konfrans keçiriləcək. Sumqayıt icra hakimiyyətindən verilən məlumata görə, cari ilin may ayında keçirilməsi nəzərdə tutulan konfransın hazırlıq işlərinə artıq start verilib.
Tədbirlər planı və müvafiq arayışlar hazırlanıb, konfransda müzakirə olunacaq məruzə və təkliflərin təqdim edilməsi üçün aidiyyatı dövlət orqanlarına, şəhərin müəssisə, idarə və təşkilatlarına müraciətlər edilib. Konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi təşkil olunacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar