Sumqayıtda 6 aptek bağlanıb
27 Oktyabr 2011 Cümə Axşamı 17:30
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Espertiza Mərkəzi qanunsuz apteklərə və yararsız dərmanlara qarşı mübarizə və əczaxanaların şəraitini gözdən keçirmək məqsədi ilə yenidən reydlərə başlayıb.
Bu haqda APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, bu günlərdə Sumqayıt şəhərində 18 aptekə baxış keçirilib, onlardan 6-nın fəaliyyəti dayandırılıb. Həmin apteklərin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Əczaxanalarda sertifikatsız preparatların satıldığı da məlum olub.
18 aptekdən ümumilikdə 769 qutu yararsız dərman götürülüb. Onlardan 407 qutusu dövlət apteklərinin, 362 qutusu isə fəaliyyəti dayandırılmış qanunsuz apteklərin payına düşüb. APA
DOSTLARINLA PAYLAŞ: