Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu 50 illiyini qeyd edib
27 Dekabr 2011 Çərşənbə Axşamı 16:42
Dekabrın 27-də “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) yaranmasının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.
«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə “Sukanal” ETLİ-nin direktoru Oqtay Heybətov institutun yaranma tarixi, “Azərsu” ASC-nin Strateji İnkişaf departamentinin rəisi Əhməd Məmmədov burda aparılan elmi-tədqiqat və layihələndirmə işləri barədə məlumat verib. Qeyd edilib ki, institutda çaylar üzərində layihələndirilən su anbarları və müxtəlif hidrotexniki qurğuların tədqiqi, çirkab suların dəniz suları ilə qarışması məsələlərinin öyrənilməsi, dəniz suyunun şirinləşdirilməsi istiqamətində geniş işlər aparılıb.
“Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov “Sukanal” ETLİ-nin əmək kollektivini yubiley münasibətilə təbrik edib. Tədbirin sonunda su təsərrüfatının inkişafında xüsusi xidmətləri olan institut əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
DOSTLARINLA PAYLAŞ: