Sosial ipoteka üçün nəzərdə tutulan məbləğ artırıla bilər
09 Sentyabr 2011 Cümə 15:01
Azad Rəhimov: "Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekanın məbləği çox azdır"
Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekanın şərtləri qənaətbəxş olsa da, bunun üçün nəzərdə tutulmuş məbləğ çox azdır. Gənclər və idman naziri Azad Rəhimov etiraf edib ki, həmin ipoteka növü üçün nəzərdə tutulan 35 min manat məbləği mövcud bazar qiymətlərinə uyğun gəlmir.

“O ipoteka 4 faizdir və 35 min manat nəzərdə tutulub. 15 il müddətinə bu vəsait qaytarılmalıdır. Bu çox sərfəli bir şərtdir. Ancaq biz görürük ki, o 35 min manat həqiqətən də böyük bir rəqəm deyil. Bu vəsaitlə mənzil əldə eləmək çox çətindir.Biz çox istəyərdik ki, bu rəqəm artırılsın və mənzil bazarına uyğunlaşdırılsın. Ən azı bu rəqəm 2-3 otaqlı mənzilin qiyməti ilə uyğun olmalıdır. İnanıram ki, bu təklifə ciddi diqqət yetiriləcək. Hazırda bu təklifin üzərində iş gedir”, - deyə nazir bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar