"SOCAR Gürcüstanın neft məhsulları bazarının 50%-ni tutur"
20 Sentyabr 2011 Çərşənbə Axşamı 12:53
SOCAR Gürcüstanın 30-dan çox regionunu qazla təchizatını həyata keçirir
SOCAR şirkəti hazırda Gürcüstanda neft məhsulları bazarının 50%-ni tutur. Bu barədə SOCAR prezidenti Rövnaq Abdullayev qeyd edib.

"Hazırda Gürcüstanın neft məhsulları bazarında SOCAR-ın payı 50% təşkil edir. Bundan başqa, SOCAR öz Georgia Cas törəmə strukturu vasitəsilə SOCAR Gürcüstanın 30-dan çox regionunu qazla təchizatını həyata keçirir", - deyə R.Abdullayev çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

O əlavə edib ki, Gürcüstanda Kulevi terminalı vasitəsilə yükboşaltma məntəqələrinin həcmləri böyüyür. Bu terminal vasitəsilə yük daşınmaların həcmi hazırda 6 milyon ton təşkil edir. "Bu yalnız Azərbaycana deyil, həm də region ölkələrinə gəlir gətirir. Terminal vasitəsilə ixracata yalnız Azərbaycanda hasil edilmiş neft və neft məhsulları deyil, həm də Qazaxıstanda Tengiz yatağıdan hasil edilən neft gedir", - deyə o qeyd edib.

Şirkətin rəhbəri vurğulayıb ki, 2010-cu ildə SOCAR Ukraynada və Rumıniyada yanacağın pərakəndə satış bazarına çıxıb. Hazırda Ukraynada SOCAR brendi altında 13, Rumıniyada – 14 YDM fəaliyyət göstərir.

R.Abdullayev qeyd edib ki, İsveçrədə təsis edilmiş SOCAR Trading şirkəti öz fəaliyyətini fəal inkişaf etdirir. "Hazırda bu şirkət 30-dan çox xarici sifarişçiyə xidmət edir", - deyə o əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar