"Siqaretin tək-tək satılması düzgün deyil"
13 Sentyabr 2011 Çərşənbə Axşamı 13:12
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi məlumat verib
Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına görə, ictimai yerlərdə tütündən istifadə qadağan olunub. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. Onun sözlərinə görə, buna səbəb hər il dünyada məhz 600 min nəfərin passiv tütünçəkmədən həyatını dəyişməsidir. S. Əsədova qeyd edib ki, bununla bağlı axın zamanlarda Milli Məclisdə bununla bağlı müzakirələr aparılacaq.

ÜST rəsmisinin sözlərinə görə, siqaretin tək-tək satılması da düzgün deyil. Amma Azərbaycanda buna əməl edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar