Sinoptiklər hava şəraiti ilə bağlı xəbərdarlıq edir
09 Sentyabr 2011 Cümə 02:36
Abşeron yarımadasında bu gün və sabahkı hava əksər meteohəssas insanlar üçün əlverişsizdir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.
DOSTLARINLA PAYLAŞ: