Bu gün bir neçə rayonun icra başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Məmmədov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu icra hakimiyyətinin başçisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə İ.Məmmədov Muxtar Respublikanın Şərur rayonunun icra başçısı təyin edilib.
Bu gün həmçinin İ.Əliyevin sərəncamı ilə Ababsqulu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu icra hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Elmar Quliyev Naxçıvan Muxtar Respublikası Şərur rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. /ANS PRESS/